Qırğızıstanda polis patrul xidməti üçün xüsusi robot-it əldə edib – VİDEO
Qırğızıstan hüquq-mühafizə orqanları ictimai təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə xüsusi robot-it əldə edib.
hadiseler.info xəbər verir ki, bu barədə “Qazinform” agentliyi məlumat yayıb.
Qırğızıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qurğu yaxınlaşmaqda olan VI Dünya Köçəri Oyunları ərəfəsində alınıb. Robot-it küçələrdə patrul xidməti aparmaq, vətəndaşlara səsli xəbərdarlıqlar etmək və kəşfiyyat məqsədilə potensial təhlükəli ərazilərə daxil olmaq üçün proqramlaşdırılıb. Bu texnologiya polis əməkdaşlarının həyatını risqə atmamağa xidmət edir.
Talas şəhərində Qırğızıstanın müstəqilliyinin 35 illiyi münasibətilə keçirilən tədbirdə robot-it sakinləri belə salamlayıb:
“Əziz vətəndaşlar, bayramınız mübarək! Mən Qırğızıstan polisinin köməkçisiyəm və ictimai qaydanı təmin etməyə hazıram”.
No Comment! Be the first one.