Rusiya ordusu Limanın şimalında nəzarəti itirdi — Əks-hücumlar davam edir
Ukrayna Müdafiə Qüvvələri Liman şəhərinin şimal istiqamətində Rusiya qoşunlarını sıxışdıraraq onların irəliləyişinin qarşısını alıb.
hadiseler.info xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında məlumat verilir.
Ukrayna ordusunun bu həmləsi Rusiya komandanlığının Slovyansk-Kramatorsk aqlomerasiyasını şimaldan və cənub-qərbdən mühasirəyə almaq planlarını tamamilə pozub. Son aylarda aparılan əməliyyatlar nəticəsində Ukrayna qüvvələri Rusiya Ordusunu Jerebets çayına qədər geri oturtmağa nail olublar.
Hazırda Liman istiqamətində Ukrayna Müdafiə Qüvvələrinin əks-hücum əməliyyatları davam edir. Buna baxmayaraq, Rusiya tərəfinin əsas məqsədi Limanı ələ keçirmək və Donbasdakı böyük Ukrayna müdafiə kəmərində yerləşən mövqələri genişmiqyaslı mühasirəyə almaqdır.
Bölgədə yavaş-yavaş irəliləməyə çalışan Rusiya qüvvələrinə karşı Ukrayna hərbçiləri sonuncu iri müdafiə xətləri uğrunda ağır döyüşlərə hazırlaşır. Avropa kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə görə, Rusiya ordusu böyük itkilər bahasına olsa da, yalnız 2027-ci ilin əvvəlində Kramatorsk və Slovyanskin kənarlarına çat bilər.
No Comment! Be the first one.