Rusiya Ukraynanı şiddətli raket və top atəşinə tutur: Ölənlər və yaralananlar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson və Zaporojye vilayətlərinin yaşayış məntəqələrinə yenidən intensiv zərbələr endirib.
hadiseler.info Ukrayna mediasına istinadən xəbər verir ki, hücumlar nəticəsində dinc sakinlər arasında 2 nəfər həlak olub, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, vilayətin atəşə tutulması nəticəsində 9 nəfər yaralanıb.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov isə son 24 saat ərzində regionun 52 yaşayış məntəqəsinə ümumilikdə 1 019 zərbə endirildiyini açıqlayıb. Bu hücumlar zamanı 2 dinc sakin həyatını itirib, 10 nəfər isə xəsarət alıb.
No Comment! Be the first one.