Rusiyada 14 yaşlı basketbolçu məşq zamanı qəflətən vəfat etdi
Rusiyanın “Ximki” basketbol klubunun baş məşqçisi Roman Semerninovun 14 yaşlı oğlu Aron həyatla vidalaşıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Ximki” klubunun mətbuat xidməti rəsmi məlumat yayıb. Açıklamada baş məşqçinin oğlunun 14 yaşında qəfil vəfat etməsindən böyük kədər duyulduğu qeyd olunub.
TASS agentliyinin yaydığı məlumata əsasən, gənc idmançının ölümünə məşq prosesi zamanı ürəyinin qəfildən dayanması səbəb olub.
Məlumat üçün bildirək ki, Aron Semerninov Krasnodarı təmsil edən SŞOR komandasının heyətində çıxış edirdi.
No Comment! Be the first one.