Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni buğda və daş kömür tədarükü həyata keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması reallaşdırılacaq.
Hadisələr.info “Report”a istinadən xəbər verir ki, tədarük çərçivəsində sözügedən ölkəyə 8 vaqon buğda və 10 vaqon daş kömürün çatdırılması nəzərdə tutulub.
Yük qatarının avqustun 8-i saat 11:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşəcəyi bildirilir.
No Comment! Be the first one.