“Səbail” Türkiyə toplanışında “Sakaryaspor”la heç-heçə oynayıb
hadiseler.info xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Səbail” futbol klubu növbəti yoxlama matçına çıxıb.
Bakı təmsilçisi Türkiyənin “Sakaryaspor” kollektivi ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüş 1-1 hesabı ilə heç-heçə başa çatıb.
Xatırladaq ki, “Səbail” Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama matçında Şimali Kipr Türk Respublikasının TOL komandasını 1-0 hesabı ilə üstələmişdi.
No Comment! Be the first one.