Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldq
Şəmkir rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, Sərxan kənd sakini, 2015-ci il təvəllüdlü qız boğazında olan artıq ətin götürülməsi (adenoidlərin hipertrofiyası və xroniki tonzillit) məqsədilə avqustun 26-da Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.
TƏBİB-dən verilən məlumata görə, müalicəsi Reanimasiya şöbəsində devam etdirilən pasiyentdə avqustun 27-də saat 08:30 və 12:10-da qanaxma müşahidə olunub. Göstərilən reanimasiya tədbirlərinə cavab verməyən azyaşlının saat 13:40-da bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.