“Sabah”dan tarixi uğur: Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsində!
Azərbaycan çempionu “Sabah” futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas (Liqa) mərhələsinə vəsiqə qazanmaqla böyük bir uğura imza atıb.
hadiseler.info xəbər verir ki, pley-off mərhələsinin cavab qarşılaşmasında İsrailin “Hapoel” (Beer-Şeva) komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən Bakı təmsilçisi gərgin keçən matçda tarixi qələbə qazanıb. Rumıniyadakı ilk görüşdə 1:2 hesabı ilə məğlub olan “Sabah”, cavab oyununun əsas vaxtını 3:2 hesabı ilə xeyrinə başa vurub. Əsas vaxtda “Sabah”ın qollarını Kristian Nvaçukvu (38-ci dəq.), Umarali Raxmonaliyev (74-cü dəq.) və Tellur Mütəllimov (90+4-cü dəq.) vurublar.
Ümumi hesab bərabərləşdiyi üçün (4:4) təyin olunan əlavə vaxtda da ustalıq nümayiş etdirən meydan sahibləri zəfəri təmin ediblər. 101-ci dəqiqədə Patrik Orfe Mbina və 115-ci dəqiqədə Coy-Lens Mikelsin vurduğu qollarla “Sabah” adını UEFA Çempionlar Liqasının əsas mərhələsinə yazdırıb.
No Comment! Be the first one.