“Səbail” – “Sakaryaspor” matçında kütləvi dava düşdü-VİDEO
Türkiyənin Bolu şəhərində toplanışda olan “Səbail” klubunun yoxlama matçında gərginlik yaşanıb.
hadiseler.info xəbər verir ki, “Sakaryaspor”la keçirilən qarşılaşmanın ikinci hissəsində top uğrunda mübarizə kütləvi davaya çevrilib. “Səbail”in müdafiəçisi Kənan Quliyevin rəqib futbolçuya qarşı fiziki müdaxiləsindən sonra digər oyunçular da münaqişəyə qoşulublar.
Əlbəyaxa davanın qarşısını almaq üçün əraziyə polis qüvvələri müdaxilə etməli olub. Xoşagəlməz insidentlə yadda qalan görüş 1:1 hesabı ilə yekunlaşıb.
No Comment! Be the first one.