Timoteuş Puxaç Polşa millisinə çağırıldı
Polşa milli komandasının UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti bəlli olub.
hadiseler.info xəbər verir ki, baş məşqçi Yan Urban yığmaya 26 futbolçu dəvət edib.
“Sabah”ın sol cinah müdafiəçisi Timoteuş Puxaç da milli komandaya çağırılanlar siyahısında yer alıb.
Qeyd edək ki, Polşa seçməsi UEFA Millətlər Liqası çərçivəsində Bosniya və Herseqovina (25 sentyabrda Varşavada, 5 oktyabrda Zenitsada), İsveç (28 sentyabrda Solnada) və Rumıniya (2 oktyabrda Varşavada) ilə qarşılaşacaq.
No Comment! Be the first one.