Toral Bayramovun transfer dəyəri 200 min avro ucuzlaşdı
Türkiyə 1-ci Liqasında komandaların və futbolçuların transfer qiymətləri yenilənib.
hadiseler.info xəbər verir ki, Azərbaycan millisinin və “Bursaspor”un sol cinah müdafiəçisi Toral Bayramov da siyahının ön sırasındakılar arasındadır.
25 yaşlı futbolçunun qiymətində 200 min avroluq eniş qeydə alınıb. Hazırda transfer dəyəri 1,8 milyon avro olan Bayramov 1-ci Liqanın ən dəyərli 4-cü oyunçusudur.
Cədvəlin ilk üç pilləsində də Bayramovun komanda yoldaşları yer alıblar:
Keleçi İhenaço: 2,8 milyon avro
Linkoln: 2,7 milyon avro
Juergen Elitim: 2,2 milyon avro
Qeyd edək ki, ümumi transfer qiyməti 19 milyon avro olaraq qiymətləndirilən “Bursaspor” çempionatın ən dəyərli komandası statusunu qoruyur.
No Comment! Be the first one.