“Trabzonspor” braziliyalı ulduz Fabinyonu transfer etdi
Türkiyənin “Trabzonspor” klubu braziliyalı təcrübəli yarımmüdafiəçi Fabinyonu heyətinə cəlb edib.
hadiseler.info xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Klub Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası ilə müqaviləsi başa çatan 32 yaşlı futbolçu ilə bütün şərtlərdə razılığa gəlib. Azad agent statusunda olan yarımmüdafiəçi üçün “Trabzonspor” heç bir bonservis haqqı ödəməyəcək.
Azarkeşlərə müraciət edən Fabinyo Trabzona yola düşdüyünü və yeni komandasına qoşulacağı üçün həyəcanlı olduğunu bildirib.
Karyerası ərzində “Real Madrid”, “Monako” və “Liverpul” kimi nəhəng klubların şərəfini qorumuş braziliyalı dayaq yarımmüdafiəçisi, Braziliya milli komandasının heyətində də 36 oyunda meydana çıxıb.
No Comment! Be the first one.