Türkiyə “SeaHawk” helikopterlərində yeni raketləri sınaqdan keçirib- VİDEO
Türkiyə Hərbi Dəniz Qüvvələrinin envanterində yer alan “SeaHawk” helikopterlərinə inteqrasiya edilmiş yerli raket sistemləri ilə növbəti uğurlu sınaq atışları reallaşdırılıb.
hadiseler.info xəbər verir ki, Antalya sahillərində keçirilən sınaqlarda L-UMTAS GM və TEMREN raketləri vasitəsilə dəniz və hava hədəflərinə dəqiq zərbələr endirilib.
Təyin olunmuş hədəfləri yüksək dəqiqliklə məhv edən bu yeni raket sistemləri hərbi helikopterlərin və pilotsuz uçuş aparatlarının (PUA) döyüş imkanlarını, eləcə də hava təhdidlərinə qarşı mübarizə potensialını əhəmiyyətli dərəcədə artırır.
No Comment! Be the first one.