Türkiyədə dini təşkilatın rəhbəri və həyat yoldaşı həbs olundular
Türkiyənin Adana vilayətində hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində “Furkan Vəqfi”nin rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul həbs olunublar.
hadiseler.info “Haber Global”a istinadən xəbər verir ki, Adana Respublika Baş Prokurorluğunun yürütdüyü təhqiqat çərçivəsində 6 vilayətdə eyni vaxtda reydlər təşkil edilib.
Axtarışlar zamanı Alparslan Kuytul və həyat yoldaşı da daxil olmaqla, ümumilikdə 56 nəfər saxlanılıb. Onlara qarşı “cinayətkar təşkilat yaratmaq və idarə etmək”, “çirkli pulların yuyulması”, “fırıldaqçılıq” və “sənədlərdə saxtakarlıq” kimi ağır ittihamlar irəli sürülüb.
Polisdəki dindirilmədən sonra məhkəmə qarşısına çıxarılan şübhəlilərdən Alparslan Kuytul və Semra Kuytul barəsində həbs qətimkan tədbiri seçilərək həbsxanaya göndəriliblər. Digər şəxslərlə bağlı məhkəmə prosesi davam edir.
No Comment! Be the first one.