Türkiyədə güclü partlayış: Ölənlər və yaralananlar var
Türkiyənin Manisa vilayətinin Salihli rayonundakı sənaye zonasında yerləşən oksigen balonlarının doldurulması məntəqəsində güclü partlayış baş verib.
hadiseler.info NTV telekanalına istinadən xəbər verir ki, hadisə yerinə dərhal çoxlu sayıda yanğınsöndürən, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, daha 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayışdan sonra müəssisənin ərazisini qatı tüstü bürüyüb.
Manisa Valiliyindən verilen açıqlamada bildirilib ki, “Kavas Oksigen Doldurma” məntəqəsində səhər saatlarında baş verən yanğına dərhal ilkin müdaxilə olunub. Hazırda 6 yanğınsöndürmə və 6 təcili tibbi yardım briqadası, eləcə də axtarış-xilasetmə qrupları ərazidə yanğının tam söndürülməsi və fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.
No Comment! Be the first one.