UEFA Konfrans Liqası: “Tvente” “Qarabağ”la cavab matçına ciddi itkilərlə gəlir
Niderlandın “Tvente” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşması öncəsi ciddi kadr problemləri ilə üzləşib.
hadiseler.info məlumat verir ki, Niderland mətbuatının yaydığı xəbərə əsasən, komandanın üç aparıcı futbolçusu — Stav Lemkin, Sem Lammers və Kristian Hlinsson zədə səbəbindən Bakıda keçiriləcək matçın iştirak ərizəsində yer almayacaq.
Xatırladaq ki, Niderlandda baş tutan ilk görüşdə “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. İki komanda arasında cavab oyunu avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.
No Comment! Be the first one.