Uğursuz estetik əməliyyat dəhşətə gətirdi: Gənc oğlanın burnu çürüdü
Türkiyənin Diyarbəkir şəhərində nəfəs darlığı şikayəti ilə ikinci dəfə əməliyyat olunan Mazlum İlik adlı şəxsin burnunda nekroz (dokuma ölümü) meydana gəlib.
hadiseler.info xəbər verir ki, M.İlik keçirdiyi rinoplastikadan sonra yaranan nəfəs alma çətinliyinə görə özəl xəstəxanalardan birinə müraciət edib. Lakin təkrar əməliyyatdan 5 gün sonra burnunun ucunda qan toplanaraq çürümə başlanıb.
Oksigen terapiyası və krem müalicələrinin nəticə vermədiyini bildirən zərərçəkənə həkimlər yanağından toxuma götürərək yeni əməliyyat təklif ediblər. Təklifdən imtina edən M.İlik digər mütəxəssislərin bərpa üçün 40 min avro tələb etdiyini, klinikanın isə məsuliyyətdən qaçdığını vurğulayıb. Zərərçəkən şəxsin vəkili artıq həkim və xəstəxana rəhbərliyinə qarşı hüquqi müstəvidə iddia qaldırıldığını bildirib.
No Comment! Be the first one.