Ukrayna parlamenti hücumlar səbəbindən köçürülə bilər
Kiyevə edilən tez-tez hava hücumları səbəbindən Ukrayna Ali Radasının iş yerinin dəyişdirilməsi məsələsi gündəmə gəlib.
hadiseler.info xəbər verir ki, bu barədə deputat Nikita Poturayev məlumat verib. Deputat bildirib ki, durmadan səslənən həyəcan siqnalları parlamentin fəaliyyətini iflic edir və bu rejimdə işləmək mümkünsüz hala gəlib.
Onun sözlərinə görə, Kiyevdə parlamentin fəaliyyətini təhlükəsiz şəkildə davam etdirə biləcəyi alternativ yer mövcuddur. Qeyd edək ki, təkcə avqustun 18-də paytaxtda dron hücumları səbəbindən 10 dəfə hava həyəcanı siqnalı verilib.
No Comment! Be the first one.