Ukraynanın Belgorod vilayətinə raket hücumu: 6 nəfər həlak oldu
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belgorod vilayətinə raket zərbələri endirib.
hadiseler.info xəbər verir ki, təbii fəlakət və müharibə zonasından verilən məlumata görə, hücum Belgorod vilayətinin Valuyski rayonunda yerləşən Koloskovo kəndini hədəf alıb.
Belgorod vilayətinin qubernator əvəzi Aleksandr Şuvayevin sosial şəbəkə hesabında verdiyi açıqlamaya əsasən, raket zərbəsi nəticəsində yaşayış binalarından birində yanğın baş verib. İlkin məlumatlara görə, hücum nəticəsində 6 sivil şəxs həlak olub, biri 14 yaşlı uşaq olmaqla 4 nəfər yaralanıb.
Yaralılar dərhal xəstəxanaya kaldırılaraq tibbi nəzarətə götürülüb. Hadisə yerində xilasetmə və fəsadların aradan qaldırılması işləri aparılır.
No Comment! Be the first one.