Bu gün Cəbrayıl Dövlətzadənin doğum günüdür
Bu gün 44 günlük Vətən müharibəsinin ən gənc və cəsur şəhidlərindən biri olan Cəbrayıl Dövlətzadənin anadan olmasının ildönümüdür.
hadiseler.info xəbər verir ki, qəhrəman döyüşçü 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının sıralarında hərbi xidmətə başlayan Cəbrayıl, Vətən müharibəsinin ilk günlərindən Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində fəal iştirak edib.
19 yaşlı Cəbrayıl Dövlətzadə döyüşlər zamanı göstərdiyi müstəsna şücaətlə seçilib; o, erməni generalını və polkovnikini təlbə-tələf edərək general-mayor Polad Həşimovun qisasını alan qəhrəman kimi yaddaşlara həkk olunub. Cəsur döyüşçü sentyabrın 28-də Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb və sentyabrın 29-da İkinci Fəxri xiyabanda idealı Polad Həşimovun məzarının yaxınlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Cəbrayıl Dövlətzadə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
No Comment! Be the first one.