Xocalı faciəsinin 9 yaşlı şahidi Ləfxanım illər sonra doğma yurduna qayıtdı
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı Ləfxanım Mahmudova illər sonra doğma torpağına qayıdıb.
hadiseler.info xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.
1992-ci ildə Xocalı faciəsi zamanı 9 yaşında olan, erməni əsirliyinə düşərək ağır işgəncələr görən və soyuqdan ayaqlarını don vuran Ləfxanım Mahmudova 44 yaşında ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində yeni mənzillə təmin olunub.
Böyük sevinc və qürur hissi keçirdiyini bildirən L.Mahmudova qeyd edib: “9 yaşında ağlaya-ağlaya tərk etdiyim Xocalıya bu gün gülə-gülə ailəmlə, övladlarım və nəvəmlə qayıtdım. Bizə bu günləri yaşadan Prezident İlham Əliyevə təşəkkür edirəm. Şəhidlərimizin qanı axan bu torpaqlarda yaşamalıyıq ki, onların ruhu şad olsun”.
No Comment! Be the first one.