“Sabah”ın oyununa görə Bakıda 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya Praqa” matçı ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkətində dəyişikliklər olacaq.
hadiseler.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, oyunla əlaqədar olaraq Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Tətbiq edilən məhdudiyyət səbəbindən 18 müntəzəm marşrut xəttinin (24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Sabunçu yol qovşağı istiqamətində avtobuslar Milli Həmrəylik küçəsi (kənar yol), Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə, “Koroğlu” NMM istiqamətində isə yalnız Heydər Əliyev prospekti ilə hərəkət edəcəklər.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Sabah” klubu sabah saat 20:45-də Çexiyanın “Slaviya Praqa” komandasını Bakı Olimpiya Stadionunda qəbul edəcək.
No Comment! Be the first one.