Azərbaycan MMA idmançıları Dünya Çempionatında gümüş medal qazandılar
Azərbaycanın MMA idmançıları Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində uşaqlar və yeniyetmələr arasında keçirilən IMMAF dünya çempionatında uğurla çıxış ediblər.
hadiseler.info Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, milli komandamızın üzvləri Alirza Həsənov (62 kq) və Kənan Qulizadə (48 kq) bütün rəqiblərini üstələyərək turnirin gümüş medallarına sahib çıxıblar.
No Comment! Be the first one.