Bakıda BCF Akademiyasının yubiley məşqçilik proqramı başa çatıb
hadiseler.info xəbər verir ki, Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının rəhbər şəxsləri və BCF Akademiyasının nümayəndələri iştirak ediblər. Çıxış edənlər peşəkar məşqçi hazırlığının inkişafında beynəlxalq təhsil proqramlarının xüsusi əhəmiyyətini vurğulayaraq, bu cür təşəbbüslərin müasir idman yanaşmalarının tətbiqinə böyük töhfə verdiyini bildiriblər.
Ölkəmizdə altıncı dəfə keçirilən bu beynəlxalq proqrama Azərbaycanla yanaşı Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyadan ümumilikdə 62 məşqçi qatılıb. Yekunda iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.









No Comment! Be the first one.