“Bitcoin”in dəyəri yenidən 80 min dolları ötüb
Kriptovalyuta bazarında qeydə alınan növbəti bahalaşma fonunda “Bitcoin”in qiyməti avqustun 25-də may ayından bu yana ilk dəfə olaraq 80 000 dollar həddini geridə qoyub.
hadiseler.info xəbər verir ki, “Kraken” birjasının məlumatlarına əsasən, kriptovalyutanın dəyəri Bakı vaxtı ilə saat 10:50-də 2% artım nümayiş etdirərək 80 489 dollara bərabər olub.
Məlumata görə, əsas rəqəmsal valyutanın qiymətindəki bu müsbət dinamika artıq bir həftədir ki, davam edir. Qeyd olunan müddət ərzində “Bitcoin”in dəyəri təxminən 25% bahalaşıb.
No Comment! Be the first one.