Fatih Tekke “Trabzonspor”dan istefa verdi
“Trabzonspor”un baş məşqçisi Fatih Tekke tutduğu vəzifədən ayrılıb.
hadiseler.info “Haber Global”a istinadən xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə “Ferentsvaroş”a 0:4 hesabı ilə ağır məğlubiyyətə uğrayaraq turnirlə vidalaşan Türkiyə təmsilçisində baş məşqçi istefa qərarı verib.
49 yaşlı mütəxəssis matçdan dərhal sonra 18 aydır rəhbərlik etdiyi komandadan ayrıldığını açıqlayıb. F.Tekke məğlubiyyəti belə şərh edib: “Bu cəzanı özümə verirəm. Elə oyunlar var ki, insanı çox yaralayır. Biz də həmin oyunlardan birini yaşadıq.”
No Comment! Be the first one.