Güləşçimiz Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında növbəti medalçılar müəyyənləşib.
hadiseler.info xəbər verir ki, yunan-Roma güləşçimiz Emin Cavadlı (55 kq) üçüncü yer uğrunda qarşılaşmada Yaponiya təmsilçisi Hiro Sakamotoya tam üstünlüklə (11:1) qalib gələrək bürünc medal qazanıb.
Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşi millisinin çempionatdakı medallarının sayı 3-ə yüksəlib. Əvvəlki yarış günlərində Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə etmişdi.
No Comment! Be the first one.