Havay adalarında şiddətli tropik qasırğa: 100-dən çox ev zədələndi
ABŞ-ın Havay ştatında baş verən güclü tropik qasırğa ciddi fəsadlara və dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 150 mindən çox sakin elektriksiz qalıb, 100-dən artıq yaşayış evinə isə ziyan dəyib.
hadiseler.info CNN telekanalına istinadən xəbər verir ki, hazırda adalarda 150 mindən artıq abunəçinin elektrik təchizatı kəsilib. Şiddətli külək xüsusilə Havay, Honolulu və Maui dairələrində müşahidə olunur.
Region qubernatorunun verdiyi açıqlamaya görə, qasırğanın təsirindən ən azı 100 ev qismən zədələnib və ya tamamilə dağılıb. Ərazidə şiddətli leysan yağışları davam etdiyi üçün bütün dövlət və dairə idarələrinin, məktəblərin və məhkəmələrin fəaliyyəti müvəqqəti dayandırılıb. Havay Fövqəladə Hallar Agentliyi sakinləri ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Aviasiya sahəsində də ciddi axsamalar yaranıb; hava limanları açıq olsa da, həftəsonu nəzərdə tutulan 190-dan çox uçuş təxirə salınıb, 52 reys isə ləğv olunub.
No Comment! Be the first one.