“Miqrantları silah gücü ilə deportasiya edəcəyik”
Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalətindəki lideri Ulrix Ziqmund sığınacaq axtaran miqrantların deportasiyası ilə bağlı kəskin və qalmaqallı bəyanatla çıxış edib.
Ziqmund “remiqrasiya” siyasəti çərçivəsində Şərqi Almaniyadan miqrantların çıxarılması zamanı hərbi silahlardan istifadə oluna biləcəyini vurğulayıb. O, İsrailin “Elbit Systems” müdafiə şirkətinin Zangerhauzendə istehsal müəssisəsi qurmaq planına dair keçirilən mətbuat konfransında yerli silah istehsalını müdafiə edərək, bu resursların gələcək remiqrasiya və deportasiya kampaniyaları üçün lazım olacağını bildirib.
Açıqlama ölkədə kəskin etirazlara səbəb olduqdan sonra Ziqmundun ofisi məsələyə aydınlıq gətirməyə çalışıb. Bildirilib ki, müdafiə sənayesinə yalnız silahlar deyil, həm də təhlükəsizlik qüvvələrinin istifadə etdiyi nəqliyyat vasitələri və avadanlıqlar daxildir.
Buna baxmayaraq, Almaniyanın siyasi dairələri və müxalifət deputatları (BSW, SPD, Yaşıllar) bu fikirləri kəskin tənqid edərək deportasiyanın hərbi əməliyyat olmadığını və bu bəyanatların narahatedici siyasi təhdid təşkil etdiyini bəyan ediblər. Almaniya kansleri Fridrix Merts də “remiqrasiya” siyasətini dəri rənginə və mənşəyə əsaslanan etnik təmizləmə adlandırıb.
No Comment! Be the first one.