Paytaxtın 108 küçə və prospektində təmir işləri görülür
Bakının bütün inzibati rayonlarını əhatə edən 108 küçə və prospektdə genişmiqyaslı yol təmiri həyata keçirilir.
Hadisələr.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Təmir proqramı çərçivəsində ümumilikdə 835 min 912 kvadratmetr ərazidə yol örtüyünün yenilənməsi planlaşdırılır. Qeyd olunub ki, artıq 18 küçə və prospektdə işlər tam yekunlaşıb, 8 ünvanda isə təmir davam edir. Digər nəzərdə tutulmuş küçə və prospektlərdə təmir-bərpa işləri mərhələli şəkildə aparılacaq.
No Comment! Be the first one.