Respublika üzrə avqust ayının pensiya ödənişləri tam yekunlaşıb
hadiseler.info Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, ölkə üzrə avqust ayının pensiya ödənişləri tam şəkildə həyata keçirilib.
Əvvəlcə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslərin ödənişləri reallaşdırılıb. Daha sonra isə ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşların pensiyaları, eləcə də güzəştli şərtlərlə təyin olunmuş ödənişlər kart hesablarına köçürülərək yekunlaşdırılıb.
No Comment! Be the first one.