Toralın komandası qələbə qazandı
Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun formasını geyindiyi Türkiyənin “Bursaspor” klubu növbəti matçında böyükhesablı qələbə qazanıb.
hadiseler.info xəbər verir ki, Bursa təmsilçisi doğma azarkeşləri önündə “İstanbulspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı üstünlüyü ilə başa çatıb.
Millimizin üzvü Toral Bayramov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və matçın 70-ci dəqiqəsində meydana daxil olub.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Bursaspor” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
No Comment! Be the first one.