UEFA Çempionlar Liqası: “Sabah”ın rəqibləri arasında “Arsenal” və “Barselona” var
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
hadiseler.info xəbər verir ki, Monakoda təşkil olunan püşkatmada 4-cü səbətdən qatılan Azərbaycan çempionu “Sabah”ın iki iddialı rəqibi bəlli olub.
Püşkün nəticəsinə əsasən:
“Barselona” (İspaniya): Azərbaycan təmsilçisi İspaniya nəhəngini Bakıda qəbul edəcək.
“Arsenal” (İngiltərə): “Sabah” London təmsilçisi ilə səfərdə, İngiltərədə üz-üzə gələcək.
Qeyd edək ki, 36 komandanın mübarizə apardığı yeni formatda hər klub 8 fərqli rəqiblə (4-ü evdə, 4-ü səfərdə) qarşılaşacaq. Liqa mərhələsinin matçlarına sentyabrın 8-də start veriləcək.
No Comment! Be the first one.