Yankauskas: “Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik”
Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan millisi ilə 1:1 hesabı ilə başa çatan matçı şərh edib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, mütəxəssis oyun sonrası keçirilən mətbuat konfransında azarkeşlərə təşəkkür edərək qalib gələ bilmədikləri üçün təəssüfləndiyini bildirib:
“Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərimizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir. Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti matçını oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
No Comment! Be the first one.