“Qarabağ” klubu Polşaya yollandi
“Qarabağ” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk matçı üçün Polşaya səfər edib.
Hadisələr.info xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) kollektivi ilə baş tutacaq mühüm oyun ərəfəsində bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan xüsusi çarter reysi ilə Polşaya uçub. Qurban Qurbanovun yetirmələri qarşılaşmanın oynanılacağı şəhərdə matçdan öncəki son məşqinə çıxacaqlar.
Ukraynadakı situasiya səbəbindən neytral meydanda təşkil olunacaq bu görüş avqustun 6-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Mübarizə Lublin şəhərindəki “Arena Lublin” stadionunda baş tutacaq.






No Comment! Be the first one.